"Çiçarito" rəsmən “Real”da!
01 sentyabr 2014 22:45 (UTC +04:00)

"Çiçarito" rəsmən “Real”da!

Apasport.az saytının məlumatına görə, “Kral klubu” “Mançester Yunayted”in hücumçusu Xavyer Hernandeslə güclənib.

 

Çempionlar Liqasının son qalibi 26 yaşlı oyunçunu “qırmızı şeytanlar”dan 1 illik müddətinə icarəyə götürüblər. 2010-cu ildə “Mançester Yunayted”ə keçən "Çiçarito" mövsümün sonunda azad agent olacaq və ehtimal edilir ki, “Real” Hernandesi tam heyətinə qatacaq. O, yenidən 14 nömrəli forma geyinəcək.

 

Qeyd edək ki, Xavyer 4 il ərzində “Mançester Yunayted”də 154 oyunda forma geyinib və rəqib qapılarından 59 top keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 999
avatar

Oxşar yazılar