"Bu qələbəmizi şəhidlərimizə ithaf edirik"
06 avqust 2014 07:22 (UTC +04:00)

"Bu qələbəmizi şəhidlərimizə ithaf edirik"

Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı start götürüb. 
 
Çempionatın ilk günündə mübarizəyə qoşulan yunan-Roma güləşçilərimiz günü 3 qızıl medalla başa vurub. İbrahim Nurullayev (50 kq), Elman Muxtarov (60 kq) və Orxan Nuriyevin sayəsində (96 kq) ilk yarış günündə Zaqrebdə himnimiz 3 dəfə səslənib.
 
Lent.az-ın Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi xəbərə görə, İbrahim Nurullayev (50 kq) və Elman Muxtarovun (60 kq) qalibiyyəti isə, komandamıza ikiqat sevinc bəxş edib. Çünki İbrahim Nurullayev ilk görüşündə, Elman Muxtarov isə final qarşılaşmasında erməni rəqibləri üzərində inamlı qələbə qazanıb. 
 
Final qarşılaşmasından sonra fikirlərini bildirən güləşçilərimiz qazanılan bu qələbəni son günlərdə Dağlıq Qarabağda baş verən hadisələr zamanı şəhid olmuş hərbçilərimizin ruhuna ithaf etdiklərini deyib:
 
"Biz bu gün güləşçi kimi, xalça üzərində öz sözümüzü dedik. Üzərimizə düşən məsuliyyəti dərk edərək, bütün rəqiblərimizə, xüsusən də erməni rəqiblərimizə heç bir şans vermədən qələbə qazandıq. Biz hamımız Ali Baş Komandan, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin əsgərləriyik. Sabah Ali Baş Komandanın əmri ilə əldə silah səngərdə də düşmənin qarşısına çıxıb, ona qalib gəlməyə hazırıq!"
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3492
avatar

Oxşar yazılar