"Borussiya" klubu Çempionlar Liqasında rekord qırıb
08 dekabr 2016 11:11 (UTC +04:00)

"Borussiya" klubu Çempionlar Liqasında rekord qırıb

0

 

Çempionlar Liqasının qrup mərhələsində yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Borussiya” (Dortmund) klubu yarışın tarixinə ən çox qol vuran komanda kimi düşüb.

 

Sonuncu turun 2:2 hesabı ilə başa çatan “Real”la oyununda 2 qol vuran Bundesliqa klubu qrupdakı göstəricini 21-ə çatdırıb. Bununla da turnirin 24 illik tarixində mütləq rekord rəsmiləşib.

 

Qeyd edək ki, bunadək rekord 3 komandaya məxsus idi. “Mançester Yunayted” 1998/99, “Barselona” 2011/12 və 2016/17, “Real” 2013/14 mövsümlərində 20 qol vurmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 369

Oxşar yazılar