Çempionlar Liqasının ardınca, Avropa Liqasında da fasilə başa çatıb. Apasport.az saytının məlumatına görə, mübarizə 1/16 final mərhələsinin ilk oyunları ilə davam etdirilib.
Meydana öncə “Krasnodar” və “Fənərbaxça” çıxıb. Görüş meydan sahiblərinin minimalhesablı qəlbəsi ilə başa çatıb.
Çempionlar Liqası ilə vidalaşan “Beşiktaş” mübarizəni Avroliqada davam etdirir. İsraildə “Hapoel”in qonağı olan “qara qartal” evə əla nəticə ilə dönürlər. Türklər 3:1 hesablı qələbəyə seviniblər.
“Fənərbaxça” və “Beşiktaş” kimi ilk oyununu səfərdə keçirən “Osmanlıspor” “Olimpiakos”la qolsuz bərabərliyə razılaşaraq cütün taleyini Ankaraya daşıyıb.
Qrup mərhələsində Azərbaycan təmsilçilərindən “Qarabağ”ın rəqibi olmuş “Fiorentina” Mönhenqladbax “Borussiya”sını məğlub edib. PAOK da Almaniya təmsilçisi ilə duelə çıxıb. Saloniki təmsilçisi “Şalke” ilə matçda darmadağın olub.
“Qəbələ”nin keçmiş rəqiblərindən “Sent-Etyenn” “Old Trafford”da “Mançester Yunayted” lə üz-üzə gəlib. Qarşılaşma Poqba qardaşlarının dueli baxımından da maraq doğurub. İbrahimoviçin het-triki "qırmızı şeytanlar"a qələbə qazandırıb.
UEFA Avropa Liqası
1/16 final mərhələsi, ilk oyunlar
16 fevral
“Krasnodar” (Rusiya) – “Fənərbaxça” (Türkiyə) - 1:0
Qol: Klaeson, 4
“Astra” (Rumıniya) – “Genk” (Belçika) - 2:2
Qollar: Budesku, 43, Seto, 90 - Kastanye, 25, Trossard, 83
“Alkmaar” (Hollandiya) – “Lion” (Fransa) - 1:4
Qollar: Cahanbaxş, 68 - Trusart, 26, Lakazet, 45, 57, Ferri, 90+5
“Borussiya” (Mönhenqladbax, Almaniya) – “Fiorentina” (İtaliya) - 0:1
Qol: Bernardeski, 44
“Selta” (İspaniya) – “Şaxtyor” (Ukrayna) - 0:1
Qol: Leşuk, 27
“Rostov” (Rusiya) – “Sparta” (Çexiya) - 4:0
Qollar: Mevlya, 15, Poloz, 38, Noboa, 40, Azmun, 68
“Gent” (Belçika) – “Tottenhem” (İngiltərə) - 1:0
Qol: Perbet, 59
“Ludoqorets” (Bolqarıstan) – “Kopenhagen” (Danimarka) - 1:2
Qollar: Keseru, 81 - Anşe, 2 (öz qapısına), Tutu, 53
“Olimpiakos” (Yunanıstan) – “Osmanlıspor” (Türkiyə) - 0:0
“Anderlext” (Belçika) – “Zenit” (Rusiya) - 2:0
Qollar: Açemponq, 5, 31
“Atletik” (İspaniya) – APOEL (Kipr) - 3:2
Qollar: Efrem, 38 (öz qapısına), Aduriz, 61, Villiams, 72 - Efrem, 36, Ciannotas, 89
“Hapoel” (Beer-Şeva, İsrail) – “Beşiktaş” (Türkiyə) - 1:3
Qollar: Barda, 4 - Villiam, 42 (öz qapısına), Cenk, 60, Atiba, 90+3
“Legiya” (Polşa) – “Ayaks” (Hollandiya) - 0:0
“Mançester Yunayted” (İngiltərə) – “Sent-Etyenn” (Fransa) - 3:0
Qollar: İbrahimoviç, 15, 75, 88 (pen.)
PAOK (Yunanıstan) – “Şalke” (Almaniya) - 0:3
Qollar: Burqstaller, 27, Mayer, 82, Huntelaar, 90
“Vilyarreal” (İspaniya) – “Roma” (İtaliya) - 0:4
Qollar: Emerson, 32, Ceko, 65, 79, 86