“Beşiktaş”ın avstriyalı müdafiəçi ilə 3 illik müqavilə imzaladığı deyilir. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngi 27 yaşlı Sebastian Prödlü heyətinə qatmaq üçün Almaniyanın “Verder” klubu ilə razılığa gəlib.
Yayılan xəbərlərdə o da bildirilir ki, Bremen klubu müdafiəçi ilə müqaviləni uzatmaq istəsə də, futbolçu bunu qəbul etməyib.
Qeyd edək ki, Prödl bu mövsüm 18 dəfə formasını geyindiyi “Verder”də 3 qol vurub.