“Bavariya “ daha bir itki ilə üz-üzə qalıb. Apasport. az saytı alman mətbuatına istinadən xəbər verir ki, münhenlilərin müdafiəçisi Holqer Badştuber ciddi zədə alıb və o, yaşıl meydanlardan 3 ay uzaq qalacaq.
Futbolçu bundan öncə də problemlər yaşayıb, lakin “Bavariya”nın “Porto” ilə Çempionlar Liqasının 1/4 final matçı zamanı yenidən zədə alıb. Badştuber düşdüyü vəziyyətdən sonra bunları deyib: “İndi şokdayam. Lakin tez bir zamanda sağlığıma qovuşub, geri dönməyim üçün əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, müdafiəçi bundan 2012 və 2014-cü illərdə ciddi zədələrə məruz qalmışdı.