Barselonada Neymar, Madriddə Arda damğası
14 sentyabr 2014 10:46 (UTC +04:00)

Barselonada Neymar, Madriddə Arda damğası

0

İspaniya La Liqasında III turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə azarkeşlər yalnız bir görüşə şahidlik edib.

 

Ötən tur səfərdə “Xetafe”yə minimal hesabla (1:0) uduzan “Almeriya” bu dəfə digər autsayder “Kordoba” ilə münasibətlərinə aydınlıq gətirib. Görüş heç-heçə başa çatıb.

 

Barselona şəhərinin eyniadlı klubu isə “Nou Kamp”da Neymarın 80 və 84-cü dəqiqələrdə vurduğu 2 qolu ilə 3 xala sahib olub.

 

Turun mərkəzi oyunu Madriddə baş tutub. Burda “Real” son çempion “Atletiko”nu sınağa çəkib. Qonaqlar əzmkar qələbə qazanıb. “Atletiko”nun qalibiyyət qoluna isə 77-ci dəqiqədə Türkiyə millisinin üzvü Arda Turan imza atıb.

 

“Selta” - “Real Sosyedad” matçında isə hərəyə 2 dəfə fərqlənən tərəflər xalları yarı bölüb – 2:2.

 

Qeyd edək ki, İspaniya La Liqasında III turun digər matçları bu gün və sabah baş tutacaq.

 

İspaniya La Liqası

III tur

13 sentyabr

“Barselona” – “Atletik” - 2:0

Qollar: Neymar, 80; 84

 

”Malaqa” – “Levante” - 0:0

 

”Real” – “Atletiko” - 1:2

Qollar: Ronaldo, 26-pen - Tiaqo, 10, Arda, 77

 

”Selta” - “Real Sosyedad” - 2:2

Qollar: Orellana, 28, Larrivey, 48 - Aqirretxe, 70, Conni, 90+2

 

14 sentyabr

15:00.“Rayo Valyekano” – “Elçe”

20:00.”Valensiya” – “Espanyol”

22:00.”Sevilya” – “Xetafe”

00:00.”Qranada” – “Vilyarreal”

 

15 sentyabr

23:45.“Eybar” – “Deportivo”

 

12 sentyabr"

“Almeriya” – “Kordoba” 1:1

Qollar: Mendes, 12 – Kartabya, 19

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1561

Oxşar yazılar