"Barselona"nın müdafiəçisi Dani Alves 1915-ci ildə Osmanlı İmperiyasının ermənilərə qarşı törətdiyi iddia edilən qondarma soyqırımı dəstəklədiyini nümayiş etdirib.
ANS PRESS-in məlumatına görə, Alves üzərində Türkiyəni "erməni soyqırımını" tanımağa çağırış ifadə edən foto paylaşıb.
Ermənistanın İspaniyadakı səfirliyi özünün "Facebook" səhifəsində braziliyalı futbolçuya öz minnətdarlıqlarını belə bildirib: "Sənə təşəkkür edirik, Dani, ona görə ki sən bizimləsən".
Qeyd edək ki, aprelin 24-də Ermənistanda qondarma erməni soyqırımının 100 illiyi qeyd olundu.
"Barselona" futbolçusundan "erməni soyqırımı" ilə bağlı çağırış
147