"Real"ın yarımmüdafiəçisi İsko əzəli rəqib "Barselona"nın maraq dairəsindədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi Kataloniya klubuna havayı keçə bilər.
Belə ki, "kral klubu" müqavilə müddəti gələn mövsümün sonuna qədər olan İspaniya millisinin üzvü ilə yeni saziş imzalamaq fikrində deyil. "Barsa" da onu gələn ilin yayında heyətinə havayı cəlb etməkdə maraqlıdı. Əgər futbolçu həmin vaxta qədər başqa bir klubla anlaşmasa, İsko 2018-ci ilin yayında "Barselona"nın yolunu tuta bilər.
Qeyd edək ki, "Real"a 2013-cü ildə "Malaqa"dan keçən İsko bu müddət ərzində 171 oyunda iştirak edib, aktivinə 26 qol yazdırıb.