<b>Uesli Sneyder “Qalatasaray”la yollarını ayırdı</b>
15 iyul 2017 01:03 (UTC +04:00)

Uesli Sneyder “Qalatasaray”la yollarını ayırdı

0

Türkiyənin “Qalatasaray” futbol klubunun Hollandiyalı legioneri Uesli Sneyder komandası ilə yollarını ayırıb.

 

APA-nın milliyet.com-a istinadən verdiyi xəbərə görə, Sneyder və klubu arasında muqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

 

2018-ci ilin may ayına qədər klubla müqaviləsi olan Sneyderin bir müddət idi ki, komandadan ayrı, fərdi olaraq məşqlərdə iştirak etdiyi bildirilirdi.

 

Qalatasaray klubunun rəsmi açıqlamasında, Sneyderin komandadan 2017-2018-ci il mövsümü üçün təminatlı 4,5 mln. avrodan imtina etdiyi bildirilir. Sneyder həmçinin növbəti 3 il ərzində Türkiyədə hər hansı klubla müqavilə izalamamamaq, əks halda 20 mln avro təzminat ödəməyə razılıq verib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar