Roman Qriqorçukun “Qəbələ” karyerası sona çatıb. Apasport.az saytının məlumatına görə, bunu ukraynalı məşqçi özü açıqlayıb.
Ölkə kubokunun “Keşlə” ilə final matçında 0:1 hesablı məğlub olan və bu mövsüm də titulsuz qalan “qırmızı-qaralar”ın çalışdırıcısı ölkəmizdən ayrılmağa qərar verib.
Qeyd edək ki, Roman Qriqorçuk 2015-ci ilin yanvar ayından “Qəbələ”nin baş məşqçisi idi.