Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev Slovakiyanın “Jilina” klubuna keçib.
APA-nın məlumatına görə, bu barədə klubun rəsmi saytı bildirib.
Məlumata görə, Türkiyənin “Trabzonspor” klubu R.Şeydayevi 2017/18-ci il mövsümünün sonunadək “Jilinaya” icarəyə verib.
Qeyd edək ki, “Trabzonspor” azərbaycanlı futbolçu ilə müqaviləni ötən il, iyulun 12-də bağlayıb. Bundan əvvəl R.Şeydayev Rusiyanın “Zenit” klubunun heyətində yer alıb.