[b]Qurban Qurbanovdan püşkə münasibət  [/b]
24 avqust 2017 23:43 (UTC +04:00)

[b]Qurban Qurbanovdan püşkə münasibət [/b]

"Hər üç rəqibimiz "TOP-5" ölkələrinin təmsilçisidi". Apasport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Ölkəmizi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək Ağdam klubunun qrupdakı rəqibləri müəyyənləşib. Azərbaycan çempionu "Çelsi", "Atletiko" və "Roma" ilə birlikdə C qrupunda mübarizə aparacaq.

 

Klubun rəsmi saytına açıqlama verən Qurbanov püşkü dəyərləndirib: "Azarkeşlər və bizim üçün bu turnir bir təcrübə olacaq. Hər üç komanda ilə bizi maraqlı qarşılaşmalar gözləyir. Rəqiblərimiz ən güclü çempionatların təmsilçiləridi. Bu turnirdə təcrübə qazanıb, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 172
avatar

Oxşar yazılar