[b]Niger millisinin FİFA reytinqində irəliləməsi Azərbaycanı geri salacaq[/b]
Aprelin 4-də dərc olunacaq FİFA-nın milli komandalar üçün reytinq siyahısı ilə bağlı ehtimallar cədvəli açıqlanıb.
ONA-nın məlumatına görə, yığmaların əmsalları və mövqelərini “football-rankings.info” saytı hesablayıb.
Hesablamalara əsasən, Azərbaycan millisinin də mövqeyi dəyişəcək. Son siyahıda 1206 xalla dünyanın 108-cisi olan yığmamızı geriləmə gözləyir.
Buna hesabat dövründə baş tutan iki matçın nəticəsi təsir edib. AVRO-2020-nin seçmə oyununda Xorvatiyaya 1:2 hesabı ilə uduzan, Litva ilə yoxlama görüşündə qələbə qazana bilməyən (0:0) Nikola Yurçeviçin yetirmələri 5 xal itirib. Əmsalı 1201-ə enən komandamız 109-cu pilləyə düşüb.
Bir pilləlik geriləməyə Nigerin irəliləyişi səbəb olub. Afrika təmsilçisi 5 pilləlik sıçrayışla 104-cü yerə yüksəlib.
Qeyd edək ki, açıqlanan təxmini cədvəlin ilk pillələrində Belçika (1737), Fransa (1733) və Braziliya yığmaları (1675) qərarlaşıblar.
1018