Futbol üzrə milli komandamız bu gün növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, yığmamız AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya ilə qarşılaşıb.
Cari tsiklda öz meydanında sonuncu oyununa çıxan əsas millimiz matçdan məğlub ayrılıb.
Görüşün başqa bir özəlliyi isə oyunun Bakı Olimpiya Stadionunda baş tutan ilk qarşılaşma olmasıdı.
Qonaqların hesab açdığı matçda Nazarovla bərabərliyi yaxalasaq da, ilk hissənin sonlarında gələn qolla yenidən məğlub duruma düşdük. Appeninlilər ikinci hissədə daha bir qol vuraraq oyunun nəticəsini təyin etdilər.
Son dəqiqələrdə sonuncu ümid foluna görə qırmızı vərəqə alan Bədavi Hüseynov komandamızı azlıqda qoydu.
AVRO-2016-nın seçmə mərhələsi
H qrupu
10 oktyabr
Azərbaycan – İtaliya - 1:3
Qollar: Nazarov, 29 - Eder, 11, El Şaaravi, 42, Darmian, 64
Qırmızı vərəqə: Bədavi Hüseynov, 88
Baş hakim: Villyam Kollum (Şotlandiya)
Baş hakimin köməkçiləri: Damian Makqreyt (İrlandiya), Frensis Konnor (Fransa)
Bakı. Olimpiya stadionu
|
1. |
İtaliya |
9 |
6 |
3 |
0 |
14:6 |
21 |
|
2. |
Norveç |
9 |
6 |
1 |
2 |
12:8 |
19 |
|
3. |
Xorvatiya |
8 |
4 |
3 |
1 |
16:5 |
14 |
|
4. |
Bolqarıstan |
8 |
2 |
2 |
4 |
7:9 |
8 |
|
5. |
Azərbaycan |
9 |
1 |
3 |
5 |
7:16 |
6 |
|
6. |
Malta |
9 |
0 |
2 |
7 |
3:15 |
2 |