[b]Messidən daha bir rekord[/b]
30 aprel 2018 04:44 (UTC +04:00)

[b]Messidən daha bir rekord[/b]

0

“Barselona”nın lideri Lionel Messi daha bir rekorda imza atıb.

 

Apasport.az saytının məlumatına görə, argentinalı forvard bunu La Liqanın 35-ci  turunda “Deportivo” ilə qarşılaşmada reallaşdırıb.

 

Belə ki, matçda het-trik müəllifi olan Leo cari mövsümdə toplarının sayını 32-yə çatdırıb.

 

Bununla Messi La Liqada 7 mövsüm 30 qol həddinə çatan ilk oyunçu olub. O, 2009/10 (34), 2010/11 (31), 2011/12 (50), 2012/13 (46), 2014/15 (43) və 2016/17 (37) mövsümündə də 30-dan çox qola imza atıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 502

Oxşar yazılar