[b]Messi üç həftə müddətinə sıradan çıxdı[/b]
22 sentyabr 2016 04:57 (UTC +04:00)

[b]Messi üç həftə müddətinə sıradan çıxdı[/b]

0

İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi qasıq nahiyəsindən aldığı zədəyə görə üç həftə oynaya bilməyəcək.

 

Lent.az-ın "report"-a istinadən xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Argentinalı futbolçu çərşənbə günü İspaniya çempionatının 5-ci turunda "Atletiko" ilə oyunda (1:1) zədələnib.

 

Messi bu mövsüm kataloniyalıların heyətində bütün turnirlərdə 8 oyun keçirib və 8 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar