[b]La Liqada çempion müəyyənləşdi[/b]
30 aprel 2018 00:54 (UTC +04:00)

[b]La Liqada çempion müəyyənləşdi[/b]

0

La Liqanın 35-çi turunda çempion müəyyənləşib.

 

APA-nın xəbərinə görə, mövsümü məğlubiyyətsiz keçirən “Barselona” “Deportivo”nu səfərdə 4:2 hesabı ilə məğlub edərək, vaxtından əvvəl qızıl medalları təmin edib. Lionel Messi matçda “het-trikə” imza atıb.

 

Beləliklə,  “Barselona" tarixində 25-ci dəfə İspaniya çempionu olub. La Liqada ən çox qələbə qazanan isə Madridin “Real” klubudur – 33 dəfə.

 

“Deportivo” – “Barselona” - 2:4

Qol: Lukas Peres, 40; Əmrə Çolak, 64 - Koutinyo, 7; Messi, 38, 82, 85

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 510

Oxşar yazılar