Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir. Lent.az-ın məlumatına görə, qadın güləşçilərin mübarizəyə qoşulduğu dördüncü yarış günündə Azərbaycanı təmsil edən Mariya Stadnik (55 kq) 7-ci Avropa çempionluğunu rəsmiləşdirib.
Mariya Stadnik ilk 3 görüşünü asan qələbə ilə bitirən Mariya Stadnik finalda 32 saniyəyə rumıniyalı Emiliya Vuka qalib gəlib.