Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində iki qarşılaşma finalçıların adlarına aydınlıq gətirib.
“Keşlə” evdə qazandığı 1:0 hesablı qələbədən sonra Sumqayıtda eyniadlı komandanın qonağı olub. 1:1 hesablı bərabərliyə nail olan Bakı klubu finala yüksələn ilk komanda olub.
Digər qarşılaşmada isə Tərlan Əhmədovun çalışdırdığı “Neftçi” Qəbələdəki 2:1 hesablı qələbənin revanşında eyniadlı komandanı qəbul edib. Roman Qriqorçukun rəhbərlik etdiyi əyalət klubu böyük əzmkarlıq göstərərək 3:1 hesabı ilə qalibiyyət əldə edib və finala çıxan ikinci komanda olub.
Azərbaycan kuboku
Yarımfinal
Cavab oyunları
18 aprel
“Neftçi” – “Qəbələ” - 1:3
Qollar: Mustivar, 10 - Dabo, 21, 30, Cavid Hüseynov, 61 (pen.)
İlk oyun – 2:1
“Sumqayıt” – “Keşlə” - 1:1
Qollar: Cavid İmamverdiyev, 64 - Sezar Meza Kolli, 62
İlk oyun – 0:1