Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, “Atletiko” “Arsenal”ı, “Zalsburq” isə “Marsel”i qəbul edib.
İlk oyunda Londonda 1:1 hesablı bərabərliyə nail olan “Atletiko” doğma meydanda finala çıxıb. Səfərdə 80 dəqiqə azlıqda oynamasına baxmayaraq, lazımi nəticəni qazanmağı bacaran Dieqo Simeonenin yetirmələrinə evdə 1 qol bəs edib. Dieqo Kosta ilk hissənin son dəqiqəsində fərqlənərək komandasını finala çıxarıb.
Avropa Liqasında mövsümün sürprizi hesab olunan “Zalsburq” bu dəfə çətinliklə üzləşib. Fransada “Marsel”dən iki cavabsız qol buraxan avstriyalılar doğma meydanda eyni hesabı təkrarlayıb və oyunu əlavə vaxta aparıb. Amma fransalılar əlavə vaxtın sonuna 4 dəqiqə qalmış qol vuraraq həlledici oyuna yüksəliblər.
Avropa Liqası
Yarımfinal, cavab oyunları
3 may
“Atletiko” (Madrid, İspaniya) – “Arsenal” (London, İngiltərə) - 1:0
Qol: Dieqo Kosta, 45+2
Baş hakim: Canluka Rokki (İtaliya)
Madrid, “Vanda Metropolitano” stadionu
İlk oyun: 1:1
“Zalsburq” (Avstriya) – “Marsel” (Fransa) - 2:1 (əlavə vaxt)
Qollar: Haydara, 53, Şaqler, 65 - Rolando, 116
Baş hakim: Sergey Karasyov (Rusiya)
Zalsburq, “Redd Bull Arena”
İlk oyun: 0:2