[b]AFFA "Qarabağ"ı cərimələdi[/b]
29 avqust 2017 12:47 (UTC +04:00)

[b]AFFA "Qarabağ"ı cərimələdi[/b]

 

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının III turunda baş verənlər müzakirə olunub.

 

“Neftçi” – “Kəpəz” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 800 manat cərimə olunub.

 

“İnter” – “Səbail” matçının 63-cü dəqiqəsində meydan sahiblərini azlıqda qoyan Tərlan Quliyevin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması 1 oyunluq cəza ilə nəticələnib. Paytaxt klubu 200 manat ziyana düşüb.

 

“Qarabağ” – “Qəbələ” matçının 69-cu dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün Ağdam klubu 1600 manat cərimələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310
avatar

ApaSport TV

Oxşar yazılar