2013-cü ildə AFFA-nın 29 milyon 510 min 884 manat gəliri olub. Lent.az-ın məlumatına görə, bu barədə AFFA-nın konfransında açıqlama verilib.
Gəlirlərin 18 milyon manatı (61 faiz) baş sponsor SOCAR-dan, 2 milyon 827 min 316 manatı UEFA-dan (10 faiz), 537 min 377 manatı FİFA-dan (2 faiz), 524 min manatı “Azercell”dən (2 faiz), 370 min 932 manatı “AccessBank”dan (1 faiz), 354 min 103 manatı “Bakcell”dən (1 faiz), 411 min 960 manatı “Coca Cola”dan (1 faiz), 3 milyon 368 min 750 manatı Azərbaycan millisinin yayım hüquqlarının satışından (11 faiz), 3 milyon 116 min 446 manatı (11 faiz) digər mənbələrdən daxil olub.
AFFA-nın xərcləri isə 19 milyon 811 min 919 manat təşkil edib. Məbləğin 9 milyon 85 min 143 manatı milli komandalara, 2 milyon 613 min 153 manatı hakim və hakim-inspektorlara, 2 milyon 116 min 179 manatı əmək haqqı və ezamiyyətlərə, 984 min 44 manatı uşaq və gənclər arasında liqaların, turnirlərin təşkilinə sərf olunub. Qalan xərclər isə aşağıdakılardır:
“Elit məşq” layihəsi – 306 min 883 manat
“Cross Culture” layihəsi və Alman məktəbi – 182 min 13 manat
Marketinq və reklamlar – 469 min 948 manat
Tədris – 113 min 104 manat
Nəqliyyat – 391 min 595 manat
Daşınmaz əmlak icarəsi – 108 min 334 manat
Təsərrüfat xərcləri – 483 min 905 manat
“Caspian Cup” III beynəlxalq turniri – 419 min 87 manat
“Futbol Bakcell ilə” layihəsi – 68 min 180 manata
“Futbol dünyası” qəzeti – 216 min 147 manat
DSMF – 446 min 819 manat
Aviabilet və otel – 772 min 962 manat
Keytrinq – 251 min 688 manat
Kommunal və rabitə xərcləri – 220 731 manat
Digər xərclər – 562 min 4 manat.