“Real” baş məşqçisi Zinəddin Zidanla müqavilənin müddətini uzadıb.
Qol.az-ın xəbərinə görə, bu haqda İspaniyanın “As” nəşri məlumat yayıb. Yeni müqavilə 2020-ci ilin yayına qədər qüvvədə olacaq.
Qeyd edək ki, Zidanın gəliri illik iki dəfə artırılıb. Bundan sonra o, əvvəlkitək ildə 4.35 milyon avro yox, 8 milyon avro qazanacaq.
Fransalı mütəxəssis qəzetə açıqlamasında məlumatı təsdiqləyib.