Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən “Qarabağ” da növbəti oynununa çıxıb.
J qrupunda çıxış edən “Qarabağ” Çexiyada “Slovan”la qarşılaşıb. Qurban Qurbanovun yetirmələri Liberetsdə qalib gələrək son turu formallığa çevirmək imkanına malik olsalar da, bunu bacara bilməyiblər.
Matça təmsilçimiz fəal başlasa da hesabı meydan sahibləri açıb. Vux erkən qolla ağdamlıların "kefinə soğan doğrayıb". İlk hissə bu hesabla başa çatıb. İkinci hissədə isə daha iki dəfə fərqlənən "Slovan" doğma arenada darmadağını qeyd edib.
Qrupun dugər matçında PAOK səfərdə "Fiorentina" ilə oyunda qələbə qazanıb - 3:2.
Qrupun taleyi son matçlardan asılıdı.
Avropa Liqası, Qrup mərhələsi
V tur, 24 noyabr
J qrupu
“Slovan” (Liberets, Çexiya) – “Qarabağ” (Azərbaycan) - 3:0
Qol: Eqon Vux, 11; Nikolay Komliçenko, 56; 62
Hakimlər: Stefan Yohanesson, Fredrik Nilsson, Mehmet Culum, Maqnus Syöblom
Əlavə köməkçi hakimlər: Andres Ekberq, Kristofer Karlsson (hamısı İsveç)
Hakim-inspektor: Stefano Podesçi (San-Marino)
UEFA nümayəndəsi: Roy Ketkart (Şimali İrlandiya)
Liberets. “U Nişi” stadionu