[b]"Beşiktaş" qrupdan çıxa biləcəkmi?[/b] - GÜNÜN OYUNLARI
06 dekabr 2016 13:14 (UTC +04:00)

[b]"Beşiktaş" qrupdan çıxa biləcəkmi?[/b] - GÜNÜN OYUNLARI

 

Bu gün və sabah Çempionlar Liqasında (ÇL) keçiriləcək oyunlarla qrup mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, ilk olaraq bu gün A, B, C və D qruplarının matçları baş tutacaq.

 

Maraqlıdı ki, yalnız B qrupunda mərhələ adlayan komandalar bəlli deyil. C qrupunun görüşləri isə formal xarakter daşıyır.

 

A qrupunda “Ludoqorets”i qəbul edəcək PSJ qələbə qazanarsa, lider kimi mərhələ adlayacaq. ÇL-də yoluna davam edəcək “Arsenal” isə “Bazel”in qonağı olacaq. Əgər “Ludoqorets”lə “Bazel” qrupu eyni xalla tamamlasalar, o zaman birincilər 3-cü yerin sahibi qismində Avropa Liqasına (AL) yollanacaqlar.

 

B qrupunda son tur öncəsi 3 komanda – “Benfika”, “Napoli” və “Beşiktaş”ın amansız yarışı davam edir. Bu klublardan 2-si ÇL-də, 1-i isə AL-də mübarizəni davam etdirəcək. “Beşiktaş” autsayder “Dinamo”nu səfərdə məğlub edə bilsə, digər görüşün nəticəsindən asılı olmayaraq, 1/8 finala vəsiqə əldə edəcək. Məğlubiyyət isə istənilən halda “ağ-qaralar”ı Avroliqaya yuvarladacaq. “Beşiktaş” qalib gəlsə və digər matçda bərabərlik qeydə alınsa, o zaman ÇL-lə vidalaşacaq komanda “Benfika” olacaq. “Beşiktaş”ın heç-heçəsi və “Benfika”nın qələbəsi isə “Napoli”ni kənarda qoyacaq.

 

C qrupunda “Barselona” lider, “Mançester Siti” isə ikinci yerin sahibi kimi 1/8 finala vəsiqəni rəsmiləşdiribsə, Möhnenqladbax “Borussiya”sının da Avropa Liqasında iştirak edəcəyi dəqiqdi. Bu üzdən son turun qarşılaşmalarının heç bir önəmi yoxdu.

 

D qrupunda da “Bavariya” - “Atletiko” matçı formal xarakter daşıyır. Bu üzdən hər iki komandanın aparıcı futbolçuları qoruması gözlənilir. Son tura PSV-dən 3 xal öndə girən “Rostov” üstünlüyünü Hollandiyada da qorumağı bacarsa, Avroliqada 1/16 finalından mübarizəyə qoşulacaq.

 

 

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

 

6 dekabr

 

A qrupu

23:45. “Bazel” (İsveçrə) – “Arsenal” (İngiltərə)

Baş hakim: Manuel de Souza (Portuqaliya)

 

23:45. PSJ (Fransa) – “Ludoqorets” (Bolqarıstan)

Baş hakim: Tasos Sidiropulos (Yunanıstan)

 

1.

PSJ

5

3

2

0

11-5

11

2.

Arsenal 

5

3

2

0

14-5

11

3.

Ludoqorets

5

0

2

3

4-13

2

4.

Bazel

5

0

2

3

2-8

2

 

B qrupu

23:45. “Benfika” (Portuqaliya) – “Napoli” (İtaliya)

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)

 

23:45. “Dinamo” (Kiyev, Ukrayna) – “Beşiktaş” (Türkiyə)

Baş hakim: Kreyq Tomson (Şotlandiya)

 

1.

Benfika

5

2

2

1

9-8

8

2.

Napoli

5

2

2

1

9-7

8

3.

Beşiktaş

5

1

4

0

9-8

7

4.

Dinamo K.

5

0

2

3

2-6

2

 

C qrupu

23:45. “Barselona” (İspaniya) – “Borussiya” (Mönhenqladbax, Almaniya)

Baş hakim: Sergey Karasyov (Rusiya)

 

23:45. “Mançester Siti” (İngiltərə) – “Seltik” (Şotlandiya)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

 

1.

Barselona 

5

4

0

1

16-4

12

2.

Mançester Siti 

5

2

2

1

11-9

8

3.

Borussiya M.

5

1

2

2

5-8

5

4.

Seltik

5

0

2

3

4-15

2

 

D qrupu

23:45. “Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya)

Baş hakim: Klemen Turpin (Fransa)

 

23:45. PSV (Hollandiya) – “Rostov” (Rusiya)

Baş hakim: Dəniz Aytəkin (Almaniya)

 

1.

Atletiko

5

5

0

0

7-1

15

2.

Bavariya

5

3

0

2

13-6

9

3.

Rostov

5

1

1

3

6-12

4

4.

PSV

5

0

1

4

4-11

1

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 120
avatar

ApaSport TV

Oxşar yazılar