<b>“Qalatasaray”ın baş məşqçisi işdən qovuldu</b>
14 fevral 2017 00:22 (UTC +04:00)

“Qalatasaray”ın baş məşqçisi işdən qovuldu

0

“Qalatasaray” futbol klubunun baş məşqçisi Yan Olde Rikerinq istefaya göndərilib.

 

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, müvafiq qərar klubun direktorlar şurası tərəfindən verilib. İstefaya səbəb klubun cari mövsümdə qeyri-qənaətbəxş nəticələr göstərməsi olub.

 

Hollandiyalı mütəxəssisin istefası ilə əlaqədar rəsmi məlumatın bu gün veriləcəyi gözlənilir.

 

Yan Olde Rikerinq 2016-cı ilin martında “Qalatasaray”-ın baş məşqçisi vəzifəsinə gətirilib. Onun rəhbərliyi altında klub Türkiyə çempionatında 6-cı yer tutub və ölkə Kubokun qalıibi. Hazırda Türkiyə Superliqasında “Qalatasaray” lider “Beşiktaşdan” beş xal az toplayaraq 3-cü yerdə qərarlaşıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 361

Oxşar yazılar