“Qalatasaray” - “Fənərbaxça” derbisinin hakimi müəyyənləşib.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, sabah keçiriləcək matçda Mete Kalkavan fit çalacaq. Onun köməkçiləri Aleks Taşçıoğlu və Esat Sancaktar olacaq. Qarşılaşmanın 4-cü hakimi isə Tolqa Özkalfadır.
Xatırladaq ki, Türk Telekom arenada keçiriləcək matçın start fiti Bakı vaxtı ilə 21:00 çalıcaq.
Qeyd edək ki, bu derbi martın 20-də keçiriləcəkdi. Həmin müddətdə Türkiyədə baş verən terror aksiyalarına görə qarşılaşma təxirə düşüb.