<b>“Formula-1” rəhbəri istefaya göndərildi</b>
23 yanvar 2017 23:18 (UTC +04:00)

“Formula-1” rəhbəri istefaya göndərildi

“Formula-1” avtomobil yarışlarının icraçı direktoru Berni Ekklstoun istefaya göndərilib.

 

APA-nın “Kommersanta” istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə B. Ekklstoun özü bildirib.

 

“Bu gündən mən “Formula-1”ə rəhbərlik etmirəm. Məni Çeyz Keri əvəzləyib. Məni istefaya göndərdilər. Mən sadəcə gedirəm. Bu rəsmidir. Düzdür, mənə fəxri prezident postu təklif edilib. Amma mən bunu başa düşə bilmirəm”, deyə B.Ekklstoun qeyd edib.

 

Qeyd edək ki, ötən il “Formula-1” ABŞ-ın “Liberty Media” şirkəti tərəfindən 4,4 milyard dollara satın alınıb. Buna baxmayaraq, B.Ekklstounun azı 3 il ərzində postunu saxlayacağı gözlənilirdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Oxşar yazılar