[b]“Atletiko”dan “Qarabağ”a [/b]TƏBRİK
25 avqust 2017 14:30 (UTC +04:00)

[b]“Atletiko”dan “Qarabağ”a [/b]TƏBRİK

Çempionlar Liqasının qrup mərhələsinə yüksələn “Qarabağ” növbəti təbriki “Atletiko” klubundan alıb. Apasport.az saytı xəbər verir ki, Madrid təmsilçisi ağdamlılara təbrik mesajı göndərib.

 

Bu barədə La Liqa klubunun “twitter" səhifəsində məlumat yerləşdirilib. Təbrik mesajında ispanlar yenidən Bakıya gələcəklərindən məmnun olduqlarını bildiriblər: “İlk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəyiniz üçün sizi təbrik edirik. Biz Azərbaycanın paytaxtı Bakıya qayıdacağımızdan şadıq".

 

Qeyd edək ki, vaxtilə "Bakı" klubu ilə əməkdaşlıq etmiş “Atletiko” 2013-cü ildə paytaxtımızda olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 302
avatar

ApaSport TV

Oxşar yazılar