[b]21 yaşlı futbolçu ildırım vurmasından öldü[/b]
05 may 2018 00:09 (UTC +04:00)

[b]21 yaşlı futbolçu ildırım vurmasından öldü[/b]

Сənubi Afrika Respublikasında “Marutsburq Yunayted” futbol klubunun hücumçusu Luanda Ntsxanqase ildırım vurmasından iki ay sonra xəstəxanada keçinib.

 

APA-nın xəbərinə görə, bu barədə klubun  “Facebok”dakı rəsmi səhifəsində bildirilir.

 

Məlumata görə, insident martın 1-də yoldaşlıq matçı zamanı qeydə alınıb. İldırım vurmasından sonra L. Ntsxanqase xəstəxanaya yerləşdirilərək süni komaya salınmışdı. Həkimlərin səylərinə baxmayaraq, 21 yaşlı futbolçunun həyatını xilas etmək mümkün olmayıb. İldırım vurması nəticəsində zədələr alan daha iki futbolçunun sağ qaldığı bildirilir.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 381
avatar

Oxşar yazılar