16 futbol mövsümü Madridin «Real» klubunun rəngini müdafiə etmiş Raul bu ilin sonunda futbolçu karyerasını başa vuracağını bildirib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu məşhur oyunçu Qətərin «əl-Səəd» klubunda oynayır.
Futbolçu gələcəkdə məşqçiliklə məşğul olmağı planlaşdırdığını deyib.
«Real»-ın keçmiş direktoru Xorxe Valdanonun nəzərincə, bir müddətdən sonra Raul «Real»-ın baş məşqçisi ola bilər.
Xatırladaq ki, Raul 1994-2010-cu illərdə «Real»da oynayıb. Komandanın tarixində ən yaxşı bombardirdir. Altıqat İspaniya çempionu, üçqat Çempionlar Liqasının qalibidir.
2010 -2012-ci illərdə Almaniyanın «Şalke-04» komandasında çıxış edib. 2013-cü ildə Qətər çempionu olub.