Türkiyə super liqasının 20-ci həftəsində «Qalatasaray» «Əskişəhirspor»u qəbul edib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, «Cimbom» 3:0 hesabı ilə qələbə qazanıb. Qolları 6-cı dəqiqədə Burak Yılmaz, 32-də Çedjou, 90+2-də isə Umut Bulud vurub.
Bu qələbədən sonra «Qalatasaray» xallarının sayını 40-a çatdıraraq, «Fənərbaxça»-nı təqib etməkdədir.
Statistiklərin məlumatına əsasən, Mançinin başçılığı ilə «Cimbom» doğma «Arena» stadionunda yenə qalib gəlib.