Münhenin «Bavariya» futbol klubu 24-cü dəfə Almaniya çempionu olub.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, 27-ci turda «Bavariya» «Herta» klubunu qonaq olaraq, 3:1 hesabı ilə məğlub edib.
Bununla da «Bavariya» ölkə çempionatının başa çatmasına 7 tur qalmış çempionluğu bayram edib. O, ən yaxın izləyicisi Dortmundun «Borrusiya» komandasından 25 xal öndədir.
Qolları qaliblərdən Toni Kroos (6-cı dəqiqə), Mario Getse (14) və Frank Riberi (79), ev sahiblərinin yeganə qolunu 66-cı dəqiqdə Adrian Ramos vurub.
Günün başqa oyunlarının nəticələri:
«Ayntraxt» B – «Maynts» - 3:1
«Borussiya» D – «Şalke» - 0:0
«Verder» – «Volfsburq» - 1:3.