«AZAL» Vaqif Sadıqovu  baş məşqçilikdən uzaqlaşdırdı
15 mart 2014 22:47 (UTC +04:00)

«AZAL» Vaqif Sadıqovu  baş məşqçilikdən uzaqlaşdırdı

AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov postundan kənarlaşdırılıb. Apasport.az saytının xəbərinə görə, Topaz Premyer Liqasında uğursuz çıxış edən paytaxt təmsilçisi bu gün klubdaxili iclas keçirib. Görüşdə komandanın son vaxtlar düçar olduğu uğursuzluqlar və əldə olunan mənfi nəticələr müzakirə edilib.
 
Rəhbərlik komandanın mövsümün əvvəllərində qarşıya qoyulan hədəflərdən uzaq düşdüyünü vurğulayıb. Müzakirələr zamanı klub rəhbərliyi ilə baş məşqçi arasında ümumi nəticə əldə olunmayıb.
 
Bu səbəbdən Sadıqov baş məşqçi vəzifəsindən istefa verdiyini bəyan edib. O, qərarını günün sonunda futbolçulara rəsmən bəyan edib.
 
Qeyd edək ki, Toraz Premyer Liqasında keçirdiyi 25  oyundan 26 xal torlayan AZAL turnir cədvəlində 8-ci yerdədir.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 742

Oxşar yazılar