“Zirvəyə sürətlə dırmanma”nın nəticələri açıqlandı
21 may 2013 14:33 (UTC +04:00)

“Zirvəyə sürətlə dırmanma”nın nəticələri açıqlandı

“Zirvəyə sürətlə dırmanma” yarışları üzrə ilk Azərbaycan Çempionatının nəticələri açıqlanıb.

 

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 10-da Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə “Zirvəyə sürətlə dırmanma” yarışları üzrə ilk Azərbaycan Çempionatı keçirilib.

 

 

Yarışın nəticələri idmançının müstəqil olaraq 3751 metr yüksəklikdəki zirvəyə çatıb start yerinə-düşərgəyə qayıtması ilə hesablanıb. Düşərgədə yürüş iştirakçıları üçün tibb məntəqəsi və həkim xidməti də təşkil olunub. Sonda qaliblər diplom və qiymətli hədiyyələrlə təltif olunmuş, bütün iştirakçılara sertifikatlar verilib. “Zirvəyə sürətlə dırmanma” yarışları üzrə ilk Azərbaycan Çempionatının nəticələri aşağıdakı kimidir:

 

Kişilər arasında:

    1. Bağırov Rusif  (FAİREX “Şahdağ” idman klubu-Şabran rayonu) -                  1 saat 2 dəq

    2. Babxanov Tərlan (FAİREX “Şahdağ” idman klubu-Şabran rayonu) -               1 saat 5 dəq

    3. Babayev Amin (Naxçıvan Hava və Ekstremal İdman Növləri Federasiyası) -   1saat 6 dəq

 

Qadınlar arasında:

1.Məmmədova Fidan  (FAİREX “ClimClub” idman klubu-Bakı şəhəri) -               2 saat 3 dəq

2.Babayeva Leyli (FAİREX “Ekosport” idman klubu-Bakı şəhəri) -                        2 saat 45 dəq

3.Məmmədova Vüsalə (FAİREX “Ekosport” idman klubu-Bakı şəhəri) -                 2 saat 46 dəq

# 722
avatar

Oxşar yazılar