“Zenit”in yeni baş məşqçisi açıqlandı
18 mart 2014 13:14 (UTC +04:00)

“Zenit”in yeni baş məşqçisi açıqlandı

Rusiyanın “Zenit” futbol klubunun yeni baş məşqçisi Andre Villaş-Boaş olacaq. Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, portuqaliyalı mütəxəssislə müqavilə martın 20-də bağlanılacaq.

 

36 yaşlı baş məşqçi komandaya 2015-2016-cı il mövsümünün sonunadək rəhbərlik edəcək. Villaş-Boaş yeni vəzifəsinin icrasına “Zenit”in Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə martın 19-da keçirəcəyi Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündən sonra başlayacaq. Bu oyuna isə Sankt-Peterburq təmsilçisini Sergey Semak çıxaracaq.

 

Qeyd edək ki, “Zenit”in əvvəlki baş məşqçisi Luçano Spaletti martın 11-də istefaya göndərilib. Andre Villaş-Boaş isə 2013-cü ilin dekabrında İngiltərə “Tottenhem”inin sükanı arxasından kənarlaşdırılıb. O, əvvəllər İngiltərənin “Çelsi”, Portuqaliyanın “Portu” və “Akademika” komandalarına da rəhbərlik edib. Gənc mütəxəssis “Portu”ya 2011-ci ildə Avropa Liqasını qazandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589
avatar

Oxşar yazılar