Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Zalsburq" klubunun futbolçusu Martin Hinteregger Avstriya çempionatının son turunda qalib gəldikləri "Rid"lə oyun (2:0) haqda danışıb.
Lent.az-ın qol.az-a istinadən məlumatına görə, Avstriya milisinin üzvü ölkəsinin mətbuatına açıqlamasında “Qarabağ”la cavab oyunu haqda da danışıb:
“Rəqibimiz taktiki cəhətdən çox gücıü idi. Ancaq biz azlıqda qalsaq da, sona qədər mübarizə apardıq və qalib gəldik. Düşünürəm ki, layiqli qələbə qazandıq. Çempionlar Liqasında mübarizəmizi davam etdirməyə çalışırq. Çərşənbə günü bizi daha çətin oyun gözləyir. Səfərdə “Qarabağ”a uduzsaq da, doğma meydanda qələbə qazanacağımıza ümid edirəm. Ancaq bu, asan olmayacaq”.
Xatırladaq ki, "Zalsburq" - "Qarabağ" oyunu avqustun 6-da keçiriləcək.

“Zalsburq”un futbolçusu: “Qarabağ”la asan olmayacaq”
Oxşar yazılar

"Real" Vinisiusu satacaq - SƏBƏB
26 iyul 2025 , 13:01
MLS Messini cəzalandırdı
26 iyul 2025 , 09:41
Gündə yeddi min addım atmaq həyatınızı dəyişə bilər
26 iyul 2025 , 04:31
Azərbaycan paralimpiyaçıları İstanbulda 4 medal qazandılar
26 iyul 2025 , 00:14
Yay transferinə ən çox pul xərcləyən ilk 5 klub – SİYAHI
25 iyul 2025 , 19:20
"Liverpul" bu yay tranferlərə 300 milyon xərcləyib
25 iyul 2025 , 17:51
Əfsanəvi italiyalı Ərəb Əmirliklərində baş məşqçi oldu
25 iyul 2025 , 15:45