“Zalsburq”un baş məşqçisi iddialı danışdı
30 iyul 2014 11:16 (UTC +04:00)

“Zalsburq”un baş məşqçisi iddialı danışdı

“Mövsümün startında göstərdiyimiz oyuna görə futbolçularımla fəxr edirəm. Yetirmələrim məhsuldarlığı ilə də göz oxşayır”.

 

Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriyanın “Zalsburq” klubunun baş məşqçisi Adi Hütter deyib.

 

Mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunu öncəsi mətbuat konfransında iştirak edib. Hütter Bakıdakı görüş haqda iddialı danışıb: “Qol iştahamız “Qarabağ”la oyunda da dayanmayacaq. Azərbaycan çempionu sonadək mübarizə aparan komandadır. 30 min azarkeş də onları dəstəkləyəcək. Lakin bizim üçün bunun fərqi yoxdur. Biz öz oyunumuzu oynamalıyıq. “Qarabağ”ın heyətində Reynaldonu fərqləndirə bilərəm. Rəqibimizi oyun boyu təzyiq altında saxlayacağıq”.

 

Qeyd edək ki, “Qarabağ” – “Zalsburq” oyunu bu gün saat 20:30-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1280

Oxşar yazılar