“Yuventus” futbol komandasının İtaliya çempionatında 22 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub. Lent.az-ın məlumatına görə, Turin klubu A seriyasının 31-ci turunda “Napoli”yə 0:2 hesabı ilə uduzub.
Qolları 37-ci dəqiqədə Xose Kalyexon, 81-ci dəqiqədə isə Dris Martens vurub. “Napoli”nin ehtiyat oyunçular skamyasında “Xəzər Lənkəran”ın sabiq qapıçısı Toni Doblas da yer alıb.
Qeyd edək ki, “Yuventus” sonuncu dəfə 2013-cü il oktyabrın 20-də A seriyasının 8-ci turunda “Fiorentina”ya uduzub – 2:4. Növbəti məğlubiyyətə baxmayaraq, “Qoca Sinyora” 31 oyuna 81 xalla liderdir. 30 oyundan 70 xalı olan “Roma” 2-ci, 31 görüşə 64 xal yığmış “Napoli” isə 3-cüdür.