“Syomin “Neftçi”yə gəlsə...” - <span style="color:red;">MÜSAHİBƏ
03 iyun 2015 12:23 (UTC +04:00)

“Syomin “Neftçi”yə gəlsə...” - MÜSAHİBƏ

“Qəbələ”nin sabiq hücumçusu, hazırda Küveytin “Qadsia” klubunda çıxış edən Daniel Subotiçin apasport.az saytına müsahibəsi

 

- “Qadsia” ilə müqaviləniz başa çatır. Karyeranızı harada davam etdirməyi planlaşdırırsız?

- Bəli, “Qadsia” ilə sözləşməmin müddəti bu yaya kimi nəzərdə tutulmuşdu. Klub rəhbərliyi mənimlə yeni müqavilə bağlamaqda maraqlıdı. Onlar tərəfdən belə bir təklif almışam. Ancaq hansı addımı atacağımı hələ müəyyənləşdirməmişəm. Məzuniyyətdən qayıtdıqdan sonra qərarımı verəcəm.

 

- Adınız bir ara “Neftçi” ilə birgə hallandı. Özünüz də saytımıza açıqlamanızda Azərbaycandan sərfəli təklif gələcəyi halda, qayıtmaq istədiyinizi etiraf etmişdiz. Bir yenilik varmı?

- Azərbaycanda yaxşı komandalar kifayət qədərdi. Bu mənada, əgər sərfəli təklif gəlsə, niyə də qəbul etməyim? Belə bir şey olsa, dəyərləndirə bilərəm. Amma istərdim ki, təklif paytaxt klubundan olsun. “Qəbələ”yə qayıtmaq haqda düşünmürəm.

 

- Azərbaycandakı karyeranız uğurlu olsa da, “Qəbələ”də cəmi 1 mövsüm qalası olmuşduz…

- Azərbaycanda oynamaq mənim üçün fantastik təcrübə idi. Həqiqətən də, ölkənizdə futbol oynamaqdan zövq alırdım. Həm çempionatın, həm komandanın, həm də futbolçuların səviyyəsi yaxşı idi. “Qəbələ”də cəmi 1 mövsüm çıxış etməyimin səbəbi maliyyə məsələsində razılığa gələ bilməməyimiz oldu. Buna görə Küveytə yollandım.

 

- Vaxtilə “Qəbələ”də baş məşqçiniz olan Yuri Syominin də Azərbaycana qayıdacağı, “Neftçi”nin “sükanı arxası”na keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Düzdü, paytaxt klubu onunla danışıq aparmadığını bildirib. İstənilən halda, yenidən Syominlə çalışmağı yəqin ki, istərdiniz…

- Syominin Azərbaycana qayıdacağı ilə bağlı məlumatların yayılması çox maraqlıdı. Açığı, yenidən onunla birgə işləmək mənim üçün əla olardı. Əgər Syomin “Neftçi”nin baş məşqçisi olsa, məmnuniyyətlə, bu kluba gələrəm. Syomin mükəmməl məşqçi, “Neftçi” isə böyük klubdu. Bilirəm ki, “Neftçi” bu gün Azərbaycan Kubokunda final oyunu keçirəcək.

 

- Yeri gəlmişkən, “Neftçi”nin “Qarabağ”la keçirəcəyi final görüşündə kimi favorit hesab edirsiz?

- Bu komandaların görüşü həmişə maraqlı alınır. Bu mənada, konkret ad çəkmək çətindi. Favoritim yoxdu, çünki hər iki komanda güclüdü.

 

- Azərbaycan klublarının maliyyə vəziyyətinin hazırda heç də ürəkaçan olmadığını bilirsizmi? “Bakı”nın ardınca, “İnter” və “Simurq”un da yaşayacağı sual doğurur…

- Açığı, klublarınızın maddi cəhətdən hazırda hansı vəziyyətdə olmalarından xəbərim yoxdu. “İnter” və “Simurq”un böhrana düşdüklərini də bilmirdim. Bu barədə heç nə eşitməmişdim.

 

- Azərbaycan və Küveyt çempionatları arasında nə kimi fərqlər var?

- Müqayisə aparıb, hansısa çempionatı üstün tutmaq çox çətindi. Küveytdə yaxşı futbolçular var. Amma peşəkar çempionatları yoxdu. Azərbaycanda isə həm futbolçular 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 361

Oxşar yazılar