“Xəzər Lənkəran”ın futbolçusu, “Araz Naxçıvan”ın inzibatçısı cəzalandı
14 mart 2014 16:22 (UTC +04:00)

“Xəzər Lənkəran”ın futbolçusu, “Araz Naxçıvan”ın inzibatçısı cəzalandı

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun ilk ¼ final matçlarında baş vermiş olaylara hüquqi qiymət verib. Lent.az-ın məlumatına görə, “Xəzər Lənkəran”la matçın 73-cü dəqiqəsində “Araz Naxçıvan”ın inzibatçısı Yunis Məhərrəmov texniki zona qaydalarını pozduğu üçün meydandan kənarlaşdırılıb. O, 1 oyunluq cəzalanıb, klub 100 manat cərimələnib. 90+3-cü dəqiqədə isə “Xəzər Lənkəran”ın futbolçusu Alvaro Silva əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Təcrübəli müdafiəçi 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.

 

“İnter”lə oyunun 38-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri pirotexniki vasitələrdən yararlanıblar. Bu səbəbdən, flaqman 1000 manat ziyana düşüb. Matç ərzində 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılmış “İnter” də 1000 manat cərimələnib.

 

“Rəvan”la qarşılaşmada eyni sayda futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Bakı”ya da analoji cərimə tətbiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar