“Xəzər Lənkəran”ın baş məşqçisi bəlli oldu
05 iyun 2014 17:37 (UTC +04:00)

“Xəzər Lənkəran”ın baş məşqçisi bəlli oldu

0

“Xəzər Lənkəran”ın baş məşqçisi bəlli olub. Apasport.az saytının xəbərinə görə, bu posta Oğuz Çətin təyin edilib.

 

Ötən ilin dekabrından etibarən həmyerlisi Mustafa Dənizlinin köməkçisi vəzifəsində çalışan türkiyəli mütəxəssis çempionatın son 4 turunun oyunlarına komandanı baş məşqçi əvəzi qismində çıxarmışdı.

 

"Fənərbaxça", "Ərciyəsspor", "Gənclərbirliyi" və "Diyarbakirspor" klublarını çalışdırmış Oğuz Çətin 5 il müddətində Türkiyə millisinin məşqçilər korpusunda yer alıb.

 

"Xəzər Lənkəran"a gəlişindən öncə işlədiyi son klub "Boluspor" olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1342

Oxşar yazılar