Mövsümlər arası fasilə müddətində “Xəzər Lənkəran” klubu 4-cü futbolçu transferini həyata keçirib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Makedoniyanın U-16 yığmasından başlayaraq əsas milliyədək cəlb olunan Nikola Qliqorov ilə 1 illik müqavilə bağlanılıb.
29 yaşlı yarımmüdafiəçinin son klubu Kipr “Alka”sı olub. Karyerasının çox hissəsini vətənində keçirən futbolçu Serbiyada da legioner həyatı yaşayıb. O, qitəmiqyaslı turnirlərdə də böyük təcrübəyə malikdir. Qliqorov “Xəzər Lənkəran”ın hazırkı baş məşqçisi Con Toşakın rəhbərliyi altında daha öncə Makedoniya millisində birgə çalışıb.
Qeyd edək ki, cənub klubu daha öncə müdafiəçi Rasim Ramaldanov, yarımmüdafiəçi Zohair Benuahi və hücumçu Junior Nildo ilə müqavilə imzalayıb.