“Xəzər Lənkəran” Pitsiz qaldı
27 may 2013 11:14 (UTC +04:00)

“Xəzər Lənkəran” Pitsiz qaldı

0

“Xəzər Lənkəran”  “Neftçi” ilə mayın 28-də keçirəcəyi Azərbaycan Kubokunun final matçına ciddi itki ilə çıxacaq. Lent.az-ın məlumatına görə, bu haqda jurnalistlərə komandanın baş məşqçisi Con Toşak məlumat verib.

O bildirib ki, rumıniyalı yarımmüdafiəçi Adrian Pit zədə üzündən meydana çıxmayacaq. Toşak Pitin 3 həftədən sonra məşqlərə başlaya biləcəyini əlavə edib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” matçı saat 20:00-da başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 830

Oxşar yazılar