“Xəzər Lənkəran” daha bir futbolçusu Lusiano Olquinlə yollarını ayırıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə qərar argentinalı hücumçu ilə görüşdən sonra verilib.
Qarşılıqlı anlaşma əsasında Olquinlə müqavilə ləğv olunaraq futbolçuya gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, Lusiano Olquin “Xəzər Lənkəran”ın heyətinə 2012-2013 mövsümünün qış fasiləsi zamanı cəlb olunub.