“Xəzər Lənkəran” futbol komandası Almaniyaya təlim-məşq toplantısına yola düşüb. Lent.az-ın məlumatına görə, iyulun 2-dək davam edəcək hazırlıq prosesi üçün Bavariya vilayətindəki Misbah şəhərciyi seçilib.
“Best Western Premier Bayerischer Hof Miesbach” otelində məskunlaşan “ağ-yaşıllar” ilk məşqə iyunun 20-də çıxacaqlar. Hazırda braziliyalı qapıçı Duqlas Leyte komandanın düşərgəsindədir. Onun haqqında yekun qərarı məşqçilər korpusu verəcək.