İspaniyanın “Valensiya” futbol komandasına yeni baş məşqçi təyin olunub. Lent.az-ın məlumatına görə, bu vəzifə komandanın sabiq futbolçusu Miroslav Cukiçə tapşırılıb.
Serbiyalı mütəxəssis son 2 ildə “Valyadolid”in sükanı arxasında olub. O, futbolçu karyerası ərzində 6 ilini “Valensiya”da keçirib. 47 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, Miroslav Cukiç 2006-cı ildən baş məşqçi kimi çalışır. “Valensiya” 2012-2013-cü il mövsümünü 5-ci pillədə başa vuraraq, Avropa Liqasına vəsiqə qazanıb.