Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının 12-13 aprel
tarixlərində “ClimBaku” idman dırmanması mərkəzində yeniyetmə və gənclər
arasında idman dırmanması üzrə keçirdiyi növbəti “Ümid” yarışı sona çatıb.
Lent.az-ın məlumatına görə, yarış kişi və qadınlar arasında keçirilib. 20 komanda və 80-dən çox idmançı iştirak edib.
Yarışın final mərhələsində qaliblərə diplomlar təqdim olunub.
Oğlanlar arasında sürət üzrə final mərhələsi:
1 İnçiyev Şamil (“FHN”)
2. Xanlarov Atabəy (“FHN”)
3. Abdullayev Fuad (“Qafqaz”)
Qızlar arasında sürət üzrə final mərhələsi:
1. Novruzova Fidan (“Qərb Universiteti”)
2. Musabəyli Azadə (“AMEAST”)
3. Altuxanova Lalə (“Salavat”)
Oğlanlar arasında bouldrinq üzrə final mərhələsi:
1.Abdullayev Fuad (“Qafqaz”)
2. Qədirli Qorxmaz (“AMA”)
3. Pupov Anton (“Climclub”)
Qızlar arasında bouldrinq üzrə final mərhələsi:
1. Musabəyli Azadə (“AMEAST”)
2. Əliyeva Süsən (“Rock Stone”)
3. Novruzova Fidan (“Qərb Universiteti”)
Yeniyetmə və gənclər arasında idman dırmanması üzrə “Ümid” çempionatında komandalararası yarışında ümumi nəticələrə görə Fövqəladə Hallar Nazirliyinin (FHN) “Ekstremal” idman komandası I, “AMEAST” komandası II, “Qərb Universiteti” komandası isə III yerə çıxıb.
Yarışda təmsil olunan FHN-nin İdman Sağlamlıq Klubunun komanda nümayəndəsi Orxan Mansurov bu uğurun davamlı olmasını bildirdi.
Qeyd edək ki, bu gün İdman Sağlamlıq Klubunda polkovnik Füzuli Musayevin
iştirakı ilə qaliblər növbəti dəfə mükafatlandırılıb. Klubun rəisi F.Musayev iştirakçılara hər zaman qalib olmağı arzulayıb: “ Kursantlar sabahın zabitləridir. Onlara tövsiyə uedriəm ki, fiziki cəhətdən hər bir yarışa hazır olsunlar. Bu, çox vacibdir”.