“Turan”dan Əfqan Talıbova hörmətsizlik
01 iyun 2013 19:31 (UTC +04:00)

“Turan”dan Əfqan Talıbova hörmətsizlik

Tovuzun “Turan” futbol komandasına yeni baş məşqçi təyin olunacaq. Lent.az-ın məlumatına görə, bu, komandanın sabiq futbolçusu Nadir Nəbiyevdir.

 

Onun təyinatının tezliklə baş tutacağı gözlənilir. Bu isə klubun əvvəlki baş məşqçi Əfqan Talıbovla yollarını ayırdığı anlamına gəlir. Talıbov Lent. az-a açıqlamasında komanda ilə müqaviləsinin başa çatdığını təsdiqləyib. Lakin o, nə istefa verdiyini, nə də yeni müqavilə təklifi aldığını bildirib: “Mənə “Turan”ın vitse-prezidenti Namiq Məstanov bir neçə gün öncə zəng edərək, klubun I diviziona enişinin təsdiqləndiyini bildirdi. O, özünün və mənim klubda qalıb-qalmayacağıma yeni sponsorun gəlişindən sonra qərar veriləcəyini söylədi. Mən də I divizionda mübarizə üçün şərtlərimi dedim. Onsuz da komanda ilə müqaviləm başa çatmışdı”.

 

Bəs “Turan” rəhbərliyinin Talıbova “get” deməmiş yenisi ilə anlaşması əvvəlki baş məşqçiyə hörmətsizlik deyil? 49 yaşlı mütəxəssis bu məsələyə şərh vermək istəməyib.

 

Qeyd edək ki, Əfqan Talıbov “Turan”a 2012-ci ilin oktyabrında baş məşqçi təyin olunub. Komanda qış fasiləsinə 9-cu pillədə çıxsa da, mövsümü 11-ci pillədə başa vurub və Premyer Liqanı tərk edib.

# 860
avatar

Oxşar yazılar